Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 15:31:00
Tələbələrə tövsiyə : “Tək elm yox, ictimai təcrübələrlə də maraqlansınlar”

Bu il 51 941 nəfər tələbə adını qazanıb. Onların abituriyent dönəmi başa çatır və tələbəlik dövrü başlayır. Universitetin tədris prosesi nə qədər keyfiyyətli olsa da, tələbənin sosial bacarıqlarını, dünyagörüşünü inkişaf etdirməsi üçün daha fəal olması vacibdir.

 

Universitet həyatına yeni addım atan gənclərimiz hansı fəaliyyət sahələrinə yönəlsələr, onlar üçün gələcəkdə daha faydalı olar?

 

 

Mövzu ilə bağlı tövsiyələrini AzEdu.az-a bölüşən təhsil məsələləri üzrə mütəxəssis Əmrah Həsənli öncəliklə tələbə adını qazanan bütün gəncləri təbrik edib:

 No description available.

“İxtisas seçiminin nəticələri açıqlandı. Minlərlə abituriyentimiz tələbə adını qazandı. Bu münasibətlə bütün tələbələrimizi təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirəm. Öncədən nəzərinizə çatdırım ki, tələbə adını qazanmaq istəyən abituriyent ölkədə təhsil sistemində təyin olunmuş proqramlarla kifayətlənməməlidir. Abituriyent onu nəzərə almalıdır ki, onun atacağı addım, qazanacağı tələbə adı, istər təhsil sistemində, istərsə də onun gələcək yaşam tərzində böyük rol oynayacaq”.

 

 

Ə.Həsənlinin ilk tövsiyəsi bu oldu ki, gələcək fəaliyyət tək elmlə deyil, bütün ictimai təcrübələrdən irəli gəlir:

 

 

“Tələbə adını qazanmış gənclərimiz öncəliklə sosial məşğuliyyətlərə üstünlük verməli, sosial problemləri dilə gətirməkdən çəkinməməli, istər təhsil sistemində, istərsə də bütün ictimai fəaliyyət növlərində canfəşanlıq göstərməlidir”.

 

Mütəxəssis tələbələrin bütün ictimai birliklərin, dövlət qurumlarının təşkil etdiyi könüllü proqramlarına qoşulmalarını məqbul hesab edir:

 

 

“Hər bir könüllülük proqramı müxtəlif dövlət idarəçilik strukturları və digər sahələr üzrə təcrübə deməkdir. Bir sözlə, tələbə adını qazanmış hər bir fərd neqativ həyat tərzini unutsun. Keçmişin gələcək adlandırdığı bugünkü tələbələrimiz, gələcəkdə “keçmişdə” qalmamaları üçün bugün gələcək naminə, gələcək Azərbaycan naminə yüksək əzmlə çalışmalı və özlərini təkmilləşdirməlidirlər”.