Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 12:19:00
Rektor tənqid etdi: “Ali məktəblərin gələcəyi pessimist görünür”

“Sabahın ali təhsili pessimist görünür. Universitetlərə münasibəti dəyişmək lazımdır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“Keçirilən paneldə iş adamlarından sonra rektorlara sözün verilməsi, universitetlərə münasibətin təzahürü idi. Bu gün sənaye rəqəmsallaşdığı halda universitetlər hələ də 200 il əvvəl yaradılmış modeldə fəaliyyət göstərir. Buna görə də universitetlər sənaye ilə ayaqlaşa bilmir. UNEC-də “Universitet, Dövlət, Sənaye nə istəyir?” adlı tədqiqat apardıq. Tədqiqatın nəticəsi cəmiyyətdə mövcud olan mövqeyi təsdiq etdi”.

 

Ədalət Muradov bildirib ki, yeni universitetlər yaradılmalıdır: “Bugünki formada fəaliyyət göstərməyə davam edən universitetlərin gələcəyi  yoxdur. Universitetlərə qarşı bu fikirin yaranmasının əsasında təhsil verənlərin səviyyəsinin yüksək olmaması amili dayanır”.