Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 11:33:00
Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi şurasının növbəti iclası keçirilib.

 

İclasda çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirdə əvvəlcə 2022-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə ötən ildəki səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, elmi işçilərin attestasiyasının təşkilində aktiv iştirakına görə fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, səmərəli elmi fəaliyyətinə görə kimya elmləri doktoru, professor Müslüm Qurbanov, işğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqin aparılması və ərazinin radioekoloji qiymətləndirilməsinə görə kimya elmləri doktoru, dosent Xaqani Məmmədov, uzun illər səmərəli elmi-təşkilati fəaliyyətinə görə fizika üzrə fəlsəfə doktoru, dosent Musa Nuriyev və elmi-praktiki fəaliyyətinə, həmçinin 2022-ci ildəki mühüm elmi nəticələrinə görə fizika elmləri doktoru, dosent Fərid Əhmədov institutun Fəxri fərmanı ilə təltif ediliblər.

 

Elmi şuranın iclasında daha sonra 2023-cü il üçün elmi-tədqiqat planlarının müzakirəsi aparılıb, eləcə də institut əməkdaşlarının attestasiyası, əmək intizamının möhkəmləndirilməsi tədbirləri və digər cari məsələlərə baxılıb.