Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 16:13:00
Müəllimlərimizin böyük itkisi – Ən vacib kitablar niyə çatışmır?-CİDDİ BOŞLUQ

 

 

Bu sözləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az- açıqlamasında bildirib.

 

Ekspert pedaqogika sahəsində hansı mövzuların tədrisinin zəruri olması ilə bağlı tövsiyələrini bölüşdü

 

"Azərbaycanda pedaqogika sahəsi ilə əlaqədar kifayət qədər elmi vəsait yoxdur. Pedaqoji təhsil verən müəssisələrdə mütləq şəkildə aşağıdakı məzmunda kitablar tədris olunmalıdır.

 

1) Ümumi mənada təhsilin idarə olunması ;

2) Məktəbin idarə olunması;

3) Sinfin idarə olunması ;

4) Ali təhsilin idarə olunması;

5) Dərsin planlaşdırılması;

7) Dərsin qiymətləndirilməsi və s.

 

Bunlar hamısı ayrılıqda elmi ədəbiyyatlardır. Xarici dildə xeyli vəsait tapmaq mümkündür. Azərbaycan dilində isə bu olduqca çətin bir prosesdir. Çox az vəsait mövcuddur. Bunlardan bir neçəsi də mənim qələmimin məhsuludur. Məktəbin və sinifin idarə olunması ilə bağlı vəsait hazırlamışam. Əlbəttə ki, bu sahədə böyük təcrübəyə malik olan alimlərin yazdığı qədər peşəkar səviyyədə olduğunu deyə bilmərəm. Mənim sahəm "Təhsilin idarə olunması" olduğu üçün daha çox idarəetmə ilə əlaqəli mövzular tövsiyə etdim".

 

Mütəxəssis: "Biz bu məsələ ilə əlaqəli Qərb ölkələrindən təxmini 50 il geri qalırıq"

 

 "Təhsilin sosiologiyası, psixologiyası, fəlsəfəsi, iqtisadiyyatı,  siyasəti Azərbaycan üçün yeni mövzulardır. Bu səbəbdən də həmin sahələrlə bağlı elmi ədəbiyyat, ümumiyyətlə, professor  yoxdur. Bunun üçün kimisə günahlandırmaq olmaz. Çünki Sovet dönəmində bu sahə ümumi olaraq "Pedaqogika" adlanırdı. Ona görə də  bir elm sahəsi kimi həmin mövzu ilə əlaqəli yeniliklər Sovet imperiyasının tərkibində olan Azərbaycan üçün aktual deyildi. Amma həmin dövrdə Qərb ölkələrində bu mövzuda araşdırmalar aparılırdı. Biz bu məsələ ilə əlaqəli Qərb ölkələrindən təxmini 50 il geri qalırıq. Əgər xarici elmi vəsaitlərin tərcüməsi işi başlanılacaqsa qeyd etdiyim mövzular mütləq şəkildə nəzərə alınmalıdır".

 

Mütəxəssis tədris prosesinin ənənəvilikdən çıxa bilməməsindən şikayətlənib:

 

"Qeyd etdiyim mövzularla bağlı vəsait demək olar ki, yoxdur. Hazırda istifadə olunan materiallar isə türk və ingilis dilindən tərcümələrdir. Müəllim təhsili ilə bağlı yenilikləri izləməyən təhsil müəssisələri isə ənənəvi- A.S. Makarenko, K. Uşinskidən kənara çıxmırlar. Sadəcə həmin pedaqoqların vəsaitlərini tədris edirlər. Müasir pedaqogikadan məlumatları olmayan pedaqoqlar yetişir ".

 

Aysun Əsgərova