Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 11:24:00
“Vikipediya” təlimlərində fərqlənən könüllülər sertifikat alıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərində fərqlənən könüllülərə sertifikatlar təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, budəfəki “Vikipediya” təlimlərində AMEA-nın bir sıra institutunun əməkdaşları, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri, eləcə də “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri iştirak ediblər.

 

Təlimləri uğurla başa vuran könüllülərə “Vikipediya”nın Azərbaycan bölməsində yaratdıqları məqalələrə və Azərbaycanın informasiya kontent təhlükəsizliyinə verdikləri dəyərli töhfəyə görə MEK və “Qorqud” Vikipediya Metodik Klubu tərəfindən sertifikatlar verilib.