Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 10:45:00
135 min şagird STEAM tədrisə cəlb olunub

Elm və Təhsil Nazirliyi STEAM layihəsinin 2022-ci il üzrə statistikasını açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, cari ildə STEAM layihəsi 318 ümumtəhsil məktəbi və 19 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 135 minə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

 

İl ərzində Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala, Saray qəsəbəsində STEAM mərkəzləri fəaliyyətə başlayıb.

 

Dekabrın 5-dən 9-dək STEAM Azərbaycan Festivalı keçirilib. Festivalda 10 kateqoriya üzrə yarışlar və 1 kateqoriya üzrə innovativ sərgi təşkil edilib. 7 ölkədən 127 əcnəbi iştirakçının da qatıldığı festivalda ümumilikdə 1 500-dən çox iştirakçı olub.

 

Qeyd edək ki, ötən il layihə 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91 minə yaxın şagird STEAM tədrisinə cəlb olunub.