Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-07 15:41:00
I qrup üzrə informatika imtahanı belə  keçiriləcək-“Suallar bu mövzulardan düşəcək”

 

Bildiyiniz kimi, DİM-in qərarına əsasən, 2023-cü ildən I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən də imtahan verəcəklər.

 

Həmçinin digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verməlidirlər.

 

Bəs informatika fənnini seçən abituriyentlər üçün imtahan necə təşkil olunacaq?

 

İnformatika üzrə təlimçi Yadigar Əliyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında imtahan prosesinin abituriyentlərin alt qrupu seçimlərinə əsasən müəyyənləşəcəyini bildirib:

 

"Abituriyent həm kimya, həm də informatika alt qrupunu seçibsə, əvvəlcə riyaziyyat, fizika, kimya imtahanını, növbəti gün isə informatika imtahanında iştirak edir. Əgər abituriyent sadəcə informatika alt qrupu seçibsə, eyni gün ərzində riyaziyyat fizika və informatika imtahanı verə biləcək".

 

Ekspert informatika imtahana salınacaq mövzulardan söz açıb:

 

“DİM informatika fənnindən qəbula düşəcək proqramı təqdim edib, mövzulara ordan nəzər salmaq olar. Eyni zamanda DİM tərəfindən model testlər paylaşılıb, hansı ki, onlara baxaraq sualların hansı istiqamətdə və nə formada olacağını müəyyənləşdirmək çox rahatdır. Fikrimcə, alqoritm və proqramlaşdırma yönündə olan suallar istifadə ediləcək”.

 

Qeyd edək ki, I qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlərali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları