Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 14:48:00
“İlk turda qəbul planının 95-96% dolacağı gözlənilir”-PROQNOZ

 

“Bu il birinci turda təxminən 40 min nəfər abituriyentin müsabiqədən keçməyəcəyi gözlənilir”

 

Bütün ixtisas qrupları üzrə qəbul imtahanlarının keçirilməsi prosesi artıq yekunlaşır. Nəticələr açıqlandıqdan sonra mərhələ isə təqdim edilən plan yerlərinə ixtisas seçiminin aparılması olacaq.

 

Ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  bu il təqdim olunan plan yerləri keçən illə müqayisədə 4000 çox olduğunu bildirib.

 

Bəs paralel olaraq ballarda hər hansı bir dəyişiklik ola bilərmi? Bu il qəbul planının dolması nə dərəcədə gözləniləndir? Bu subbakalavrların qəbuluna öz təsirini necə göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi ixtisas qrupları üzrə plan yerlərinin dolması ilə bağlı gözlənilən vəziyyəti nəzərə çatdırıb:

 

“Plan yerlərinin əsasən I və III ixtisas qrupları üzrə artırılacağı gözlənilir. Hətta bu ixtisas qrupları üzrə ayrılan yerlərin tam dolması da müşahidə oluna bilər. Amma abituriyentlərin düzgün ixtisas seçimi edə bilməməsi səbəbilə ixtisas seçiminin II turu üçün boş plan yerləri qalacaq. I və III ixtisas qrupları arasında müqayisə aparsaq, I qrup üzrə təxminən 15 minə yaxın abituriyentin plan yerlərindən kənarda qalacağını, müsabiqədən keçməyəcəyini deyə bilərik. III ixtisas qrupunda isə bu rəqəm 5 minə yaxın gözlənilir. Ən yaxşı vəziyyət II və IV qruplarda ola bilər. Amma məlumdur ki, IV ixtisas qrupu üzrə kifayət qədər yüksək bal toplayan abituriyent var. II qrupda isə plan yeri əvvəlki illərlə müqayisədə bir qədər azalıb. Digər qruplara nisbətən subbakalavrların II ixtisas qrupu üzrə qəbul olma şansı daha çoxdur. İlk turda qəbul planının ümumilikdə 95-96% dolacağı gözlənilir”.

 

Bir 2 nəfər şəkili ola bilər

 

Mütəxəssis qruplar üzrə ötən ilin plan yerlərini nəzərə çatdıraraq, bu il üçün artımla yanaşı azalmanın da müşahidə oluna biləcəyini qeyd edib:

 

“21 İyul tarixində I və IV qruplar üzrə imtahanlar keçiriləcək və bununla da cari il üzrə qəbul imtahanları yekunlaşır. Nəzərə almaq lazımdır ki, I turda hər iki qrup üzrə yüksək bal toplayan abituriyentlərin sayı çox idi. Bu dəfə də eyni hal müşahidə edilərsə, bu hər iki qrupun ixtisasları üzrə keçid ballarına öz təsirini göstərəcək, artım ola bilər. Ötən il I qrup üzrə 15 min 758 plan yeri ayrılmışdı, bu il sayın 16 min 200-ə kimi artırılması gözlənilir. Keçən il II qrupda 13 min 600 plan yeri təqdim edilmişdi,bu il isə yer sayının 11 min 900 kimi olacağı ehtimal edilir. III ixtisas qrupu üzrə ötən il 12 min 853 plan yeri ayrılmışdı, bu il yerlərin sayı 15 minə kimi artırıla bilər. IV qrupda isə ötən il 4 min 75 plan yeri ayrılmışdı, bu il rəqəm təxminən 5 min 100 kimi gözlənilir. V ixtisas qrupunda keçən il 3 min 865 plan yeri ayrılmışdı, bu il isə müvafiq olaraq təxmini 4 min plan yeri gözlənilir”.

 

O, bildirib ki, plan yerlərinin artırılması, müsabiqədən kənarda qalacaq abituriyent sayının az olacağı demək deyil:

 

“Bəli, ümumilikdə bu il əvvəlki ilə müqayisədə 4 min plan yeri artırılacaq. Amma bu, nəticədə kənarda qalan abituriyent sayının az olacağını deməyə əsas vermir. Bu il birinci turda təxminən 40 min nəfər abituriyentin müsabiqədən keçməyəcəyi gözlənilir. Amma kənarda qalan abituriyentlərin boş qalan plan yerlərinə ixtisas seçimi zamanı müsabiqədə uğur qazanacağı da gözlənilə bilər”.