Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 15:45:00
 İmtahanın kompüterlə keçirilməsi qüsurludur - PROFESSOR

Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüter əsasında keçirməyi planlaşdırıldığını deyib. Eyni zamanda, bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini qeyd edib. Onun sözlərinə görə, bu proses 5 il ərzində tamamlanacaq. İmtahanların kompüterlə keçirilməsinin nə kimi nəticələri ola bilər?

 

Mövzu ilə bağlı professor, təhsil eksperti Şahlar Əsgərov AzEdu.az-a açıqlamasında kompüter qiymətləndirilməsini qüsurlu adlandırıb və bu qərarla razılaşmadığını bildirib:

 

"Klassik (üzbəüz) imtahan daha obyektivdir, çünki müəllim tələbənin həm düz, həm də səhv cavablarını nəzərə alaraq qiymət yazır.

 

Kompüter qiymətləndirməsi qüsurludur. Belə ki, qiymətləndirilmədə düzgün cavablardan istifadə edilir, səhv cavablar nəzərə alınmır, ancaq operativdir, ucuzdur. Bəzi yerlərdə istifadə etməyə dəyər.

 

Deməli. fəaliyyəti ciddi və obyektiv qiymətləndirmək üçün, düz cavablarla bərabər, səhv cavablar da nəzərə alınmalıdır”.