Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 15:48:00
Bu qərar III qrupda sıxlığı bir az aradan qaldıracaq-Ekspert

“Bu həm abituriyentlər, həm də əvvəlki illərin məzunları üçün yaradılmış bir şansdır”.

 

Bunu AzEdu.az -a açıqlamasında təhsil eksperti Adil Vəliyev qeyd edib.

 

Ekspert yeni qərarın müsbət hal kimi qiymətləndirilməli olduğunu bildirib:

 

“Bildiyiniz kimi 3-cü ixtisas qrupunda bəzi dəyişikliklər edildi. Düşünürəm ki, bu dəyişiklik müsbət hal kimi qiymətləndirilməlidir. Belə ki, coğrafiya fənni 2-ci və 3-cü qrupda, regionşünaslıq ilə beynəlxalq münasibətlər ixtisası isə yalnız 3-cü qrupda yer alacaq. Əgər abituriyent regionşünaslıq və ya beynəlxalq münasibətlər ixtisasına sənəd vermək istəsə,bu zaman ədəbiyyat fənninin əvəzinə coğrafiya fənnindən imtahan verəcək. Digər qaydalar  olduğu kimi qalır. Fikrimcə bu dəyişiklik 3-cü qrupda olan sıxlığı bir az daha aradan qaldıracaq”.