Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 10:37:00
DİM buraxılış və qəbul imtahanlarını bu vaxta salmalıdır-Ekspertdən təklif

“DİM qəbul və buraxılış imtahanlarının vaxtlarını iyun -iyul aylarına salmalıdır”.


Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssiz Sübhan Hüseynov deyib.


O, imtahanların keçirilmə vaxtı ilə bağlı təkliflərini irəli sürüb.

 

“Bildiyimiz kimi COVİD-19 pandemiyası ilə əlaqədar DİM mart və aprel aylarında keçiriləcək imatahanları təxirə salıb. Fikrimcə may üçün nəzərdə tutulan imtahanlar da olmayacaq. Belə vəziyyət abituriyentləri psixoloji sarsıntıya salır.


Bəziləri deyir ki, imtahanlar onlayn qaydada olsun. Mən bununla razı deyiləm , çünki bu vəziyyətdən bəzi abituriyentlər sui-istifadə edərək tapşırıqların cavablarına kitabdan baxacaq və kimdənsə kömək istəyəcəklər”.

 

Sübhan Hüseynov vurğulayır ki, ən yaxşı qərar imtahanların 1 mərhələli şəkildə köhnə üsulla keçirilməsidir.

 

“Tapşırıqların nümunələri isə məktəbdə keçirilən kurikulum üzrə salınmalıdır. Ümid edirəm ki, düzgün qərarı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi verəcək. DİM bunun üçün imtahanların vaxtlarını iyun -iyul aylarına salmalıdır. Həmçinin qabaqlayıcı profilaktik-tədbirlər görülməlidir. Oturacaqlarda ara məsafəsi saxlanılmalı və hərkəs qoruyucu maskalarla zala daxil olmalıdır.

 

Təxirə salınan 9-cu siniflərin imtahanı isə iyun ayında keçirilməsi nəzərdə tutulan imtahanlarla birlikdə 2 növbəli şəkildə olmasını təklif edərdim”.

 

Təhsil eksperti onlayn sınaqların ödənişsiz keçirilməsi ilə bağlı fikirlərini bildirib.

 

“DİM sınaqları ödənişsiz etdi. Mən dünən bununla bağlı yazılı surətdə müraciət etdim və İlqar müəllim fikrimi müsbət dəyərləndirdi. Sınaqlar onlayn keçirilə bilər, amma qəbul imtahanlarının onlayn keçirilməsi ilə razı deyiləm. Çünki belə olan halda yaxşı oxuyan şagirdlə pis oxuyan arasında fərq olmayacaq.
Pis oxuyan şagird öz əvəzinə başqasının imtahana daxil olaraq yüksək bal toplamasına imkan yaradacaq. Burada isə ayrı-seçkilik hökm sürəcək”.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın əmrinə əsasən təhsil müəsdisələrində tədris prosesi aprelin 20-dək dayandırılıb.