Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 13:12:00
“Direktorlar “Məktəblinin dostu”nun normal işləməsinə imkan vermirlər”- ETİRAZ

 

 

 

“Məktəb rəhbəri nə istəyir onu edir, heç kimi işləməyə qoymur. ”Məktəblinin dostu” heç nə edə bilməz, orta təhsil müəssisələrində xuliqanlıq baş alıb gedir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.

 

 

Son zamanlar məktəblərdə baş verən neqativ hadisələr orta təhsil müəssisələrində pedaqoji və psixoloji prosesin həyata keçirilməsinə məsul olan “Məktəblinin dostu”nun fəaliyyətini sual altına alır.

 

 

Təhsil eksperti məktəblərdə baş verən hadisələrin ictimai xarakter daşıdığını və cəmiyyətin əsas problemlərindən biri olduğunu vurğulayıb:

 

Məktəblinin dostu” layihəsi orta təhsil müəssisələrində baş verən problemləri aradan qaldıra bilmir. Mənfi hallar adi deyil, ictimai xarakter daşıyır. Dünyada bullinq və digər psixoloji şiddət nümunələrinə rast gəlinir, müxtəlif ölkələrdə onun fərqli formaları təzahür edir. Ölkəmizdə bullinq baş vermir, bu, ictimai hadisədir, problemin əsas səbəbi odur ki, məktəb tam özbaşınadır, direktor növbətçilik təşkil edə bilmir, bu,  formal xarakter daşıyır. Şagirdlər  dərs əsnasında 10-15 dəqiqə öz aralarında dalaşır və prosesə maraq görstərmirlər. Bu kimi ictimai hadisələrə məktəbin direktoru cavab verməlidir”.

 

 

Nabatəli Qulamoğlu mənfi halların baş verməsində direktorların rolununun yüksək olduğunu deyir:

 

“Məktəblinin dostu” və psixoloqları normal şəkildə   fəaliyyət göstərməyə direktorlar imkan vermirlər. Məktəb rəhbəri nə istəyir onu edir, heç kimi işləməyə qoymur. ”Məktəblinin dostu” heç nə edə bilməz, orta təhsil müəssisələrində xuliqanlıq baş alıb gedir.

 

 

“Məktəblinin dostu” və bu kimi layihələrə mənfi yanaşıram və deyirəm ki, məsələnin həlli üçün belə yolların seçilməsi əsas deyil. Problemin həlli istiqamətində ictimai mühiti dəyişməliyik. Şagirdin gözünün qarşısında sinif rəhbəri  rüşvət alır, müəllimlər öz kefində sinif otaqlarında gəzir, rəhbərlər isə pul yığmaqla məşğuldur. Bunların hamısı ört-basdır etmək xarakteri daşıyır”.

 

 

Qeyd edək ki, son bir həftədə məktəblərdə intihar və döyülmə kimi hallar sosial mediada əsas gündəmi təşkil edir.