Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 16:40:00
Məcburi köçkün rayonunun inanılmaz uğuru – Bu qədər şagird tələbə adını qazandı  

Abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb. Bəzi bölgələr ixtisas seçimi müsabiqəsində xüsusi nailiyyətləri ilə fərqlənib.

AzEdu.az  Qubadlı rayonundan olan  abituriyentlərin qəbul  göstəricilərini təqdim edir:

Qubadlının 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 14-ü yeni tikilib, 18-i əsaslı təmir olunub. Eyni zamanda, 2017/2018-ci tədris ilində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. 

Cari ildə 457 məzundan 390-ı sənəd verib və onlardan 285-i ali məktəblərə qəbul olunublar. Qəbul imtahanlarında iştirak edən 48 məzun 500-600 arası, 27 məzun isə 600-dən yuxarı bal toplayıb.

Bu il Qubadlı üzrə qəbul faizi 73% təşkil edir. Ötən il isə  ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə respublika üzrə 1-ci yerdə olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları