Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 12:24:00
Məktəblərdə istilik problemi olmayacaq - AÇIQLAMA

Bizim cavabdeh olduğumuz məktəblərdə istilik problemi olmayacaq.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriistiliktəchizatı" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov deyib.

 

Onun sözlərinə görə, qurumun istiliklə təchiz etdiyi məktəblərin sayı 250-ə qədərdir.

 

"Həmin məktəblərin qazanxanalarında təftiş aparılıb. Şagirdlər və valideynlər istiliklə bağlı heç bir problemin yaranmayacağına arxayın olsunlar",- R.Məhərrəmov bildirib.