Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 12:39:00
Şagirdin döyüldüyü məktəbdə kimlər işdən çıxarılıb?-Rəsmi CAVAB

 

112 nömrəli tam orta məktəbdə bir şagirdin digərinə şiddət göstərməsilə bağlı yayılan videodan sonra araşdırma aparılıb.

 

Ötən gün direktor əvəzinin elm və təhsil naziri Emin Əmrullayev tərəfindən işdən azad edilməsilə bağlı məlumatlar yayılıb.

 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra etdiyi bildirilib.

 

Məktəbdə baş vermiş hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib.

 

Lətifə Mustafayeva isə həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir.

 

Qeyd edək ki, direktor əvəzinin işdən azad olunması ilə bağlı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat vermişdi.