Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 14:39:00
Bakının məktəb və bağçalarında bu qədər əməkdaş çalışacaq – BŞTİ nümayəndəsi 

 

“Yeni tədris ilində 30 minə yaxın müəllim məktəblərdə fəaliyyət göstərəcək”.

 

Bunu AzEdu.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi  Lalə Qarayeva deyib.

 

O, yeni tədris ilinə hazırlıq prosesindən söz açıb:

 

Hazırda Bakı şəhərində 660 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 320-i ümumitəhsil məktəbi, 340-ı məktəbəqədər təhsil müəssisəsidir.

 

2022-2023-cü tədris ilində 28 739 müəllim ümumi təhsil məktəbləri üzrə fəaliyyət göstərəcək. 485 000-ə yaxın şagird məktəblərdə təhsil alacaq. 36465  uşaq məktəbəqədər təhsil müəssisələrinə qədəm qoyacaq. 4 290 tərbiyəçi-müəllim məktəbəqədər təhsil müəssisələri üzrə fəaliyyətə başlayacaq.

 

2021-2022-ci tədris ilində  8 yeni məktəbin inşası başa çatdırılıb. 4 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb. 23 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri yerinə yetirilib.

 

Müəllimlər üçün metodik vəsaitlər məktəblərə çatdırılıb”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları