Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 15:11:00
Nazirin brifinqində toxunulmayan vacib təhsil məsələləri – Detallar

 

 

 

Sentyabrın 7-də Təhsil Nazirliyi 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirdi. 

 

 

Mətbuat konfransında orta və ali təhsil səviyyəsinin yeni tədris ilində hansı şəkildə tənzimlənəcəyi ilə bağlı vacib məsələlərə toxunulub.

 

 

Lakin hələ də təhsil sahəsində öz cavabını tapmayan və brifinqdə açıqlanmayan bir sıra məqamlar var.

 

 

AzEdu.az onları təqdim edir:

 

 

Ali məktəblərdə tədris 29 sentyabrdan bərpa ediləcək. Lakin universitetlərdə tədrisin hansı formada təşkil ediləcəyi məlum deyil. Buradakı tələbə kontingentinin çoxluğu, sıxlığın olması və vaksinasiya prosesi müzakirə edilir. Təhsil naziri Emin Əmrullayev 9 sentyabrda rektorlarla görüşərək onlarla müvafiq təlimatlar verib. Lakin detallar ictimaiyyətə hələ də açıqlanmayıb.

 

 

 

Bağçalarda tədrisin nə zaman və hansı şəkildə bərpa ediləcəyi də brifinqdə söylənilməyib. Belə ki, valideynləri narahat edən məsələlərdən biri də məhz budur. İşlərin onlayn deyil, ənənəvi qaydada açılması nəticəsində valideynlər azyaşlı övladlarını bağçaya qoymaq üçün qərar gözləyirlər.

 

 

Brifinqdə müəllimlərin sertifikasiya prosesinin yaxın aylarda başlayacağı qeyd olundu. Lakin bunun hansı tarix və il ərzində keçiriləcəyi diqqətə çatdırılmalıdı.

 

 

Artıq bir neçə gündür ki, vaksinasiya yaşı 16-ya endirilib. 16-17 yaşlı şəxslərin məktəbyaşlı olduğunu nəzərə alsaq onlardan pasport tələb ediləcəyi məsələsinə də aydınlıq gətirilmədi.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları