Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 13:04:00
Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb  

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

Bildirilib ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupunda 25 min 484 uşaq məşğələyə cəlb olunub.

 

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilib.

 

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarım ilə bölünür və məşğələlər 1 oktyabr - 31 may dövrünü əhatə edir.