Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 11:06:00
Zəngilanın uğurku təhsil göstəricisi –İlbəil yaxşılaşan nəticələr

 

 

Azərbaycan ərazisində   27  sentyabr tarixindən hərbi vəziyyət elan olunub. Ordumuz işğal altında olan 20% torpağını azad etmək üçün mübarizə aparır. Ali baş komandan İlham Əliyev demək olar ki, hər gün işğaldan azad edilən torpaqlarımızın siyahısını elan edir.

 

Ən son azad edilən torpaqlarımızın sırasında Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri oldu.

 

 

AzEdu.az DİM-ə istinadən Zəngilan rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

 

Məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır. Onların təhsil problemlərinin həlli diqqət mərkəzindədir

 

Dövlət İmtahan Mərkəzi məcburi köçkün və qaçqın ailələrindən olan şagirdlərin və abituriyentlərin qəbul imtahanlarına hazırlığına kömək göstərilməsini həmişə diqqət mərkəzində saxlayır. Hər il onlarla görüşlər təşkil olunur, peşəyönümü istiqamətli söhbətlər aparılır, onları imtahanların texnologiyası ilə tanış etmək məqsədilə pulsuz sınaq imtahanları keçirilir. Onlara dərsliklər, dərs vəsaitləri, “Abituriyent” jurnalları, həmçinin imtahanlarda istifadə olunmuş test kitabçaları hədiyyə olunur. Bütün bunlar və digər amillər məcburi köçkün və qaçqın ailəsindən olan abituriyentlərin təhsillərini davam etdirmək istəklərinə və imtahan göstəricilərinə müsbət təsir göstərir. İşğal altında olan rayonlarımızın bu il ali təhsil müəssisələrinə sənəd verən 10835 məzunundan (9463 abituriyent və 1372 subbakalavr) 5551-i (5129 abituriyent və 422 subbakalavr) tələbə adı qazanıb. Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb.

 

 

ZƏNGİLAN RAYONU: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 477 şagird bitirib və onların 473 nəfəri buraxılış imtahanında iştirak edib. Attestat alanların 87.79%-i (417 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib,  8.21%-i (39 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların  89.26%-i (424 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 270 məzunu (imtahanlarda iştirak edənlərin 63.68%-i) tələbə adını qazanıb.

 

Ana dili, ədəbiyyat və tarix fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.   Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 14.29%-i 200 baldan aşağı nəticə göstərib. Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 26, 28, 34 və 36 saylı tam orta məktəbləri daxil olub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları