Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 15:05:00
“Avropada təhsil” sərgisi keçiriləcək

1-2 oktyabr 2022-ci il tarixlərində “Avropada təhsil” sərgisi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, sərgidə 10 Avropa ölkəsindən 20-dən çox ali təhsil müəssisəsi  və ali təhsilin təbliği ilə məşğul olan dövlət agentliyi iştirak edəcək.

 

Sərginin ilk günündə “Hilton Hotel Baku”da rəsmi qəbul görüşü təşkil olunacaq. Yalnız rəsmi qonaqlar üçün açıq olan bu görüş Avropa və Azərbaycan ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.

 

Oktyabrın 2-də isə təşkil olunan “Avropada təhsil” sərgisində iştirak edən ziyarətçilər Avropadakı ali təhsil imkanları barədə ətraflı məlumat ala biləcəklər.

 

İştirak etmək istəyənlər 23 sentyabradək onlayn qeydiyyatını tamamlayıb, linkə daxil olaraq Study in Europe Fair Azerbaijan – Institutional Reception (zohopublic.eu) iştiraklarını təsdiqləməlidirlər.

 

Tədbirin keçiriləcəyi məkan: Hilton Hotel (Sevda zalı), Azadlıq prospekti 1B.