Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-13 12:51:00
“Bütün günahları müəllimlərin üzərinə atmaq olmaz”- Gənclərimiz necə aldanır?

 

 

 

Ali təhsil müəssisələrimizdə ingilis bölməsinə maraq getdikcə artır. Amma ingilis bölmələri üzrə tədrisin keyfiyyət  kifayət qədər yüksək deyil.

 

Bunu AzEdu.az-a açıqlamasında Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru, ali təhsil üzrə  mütəxəssis  Elçin  Süleymanov bildirib:

 

"Azərbaycanda bir çox universitetində  ingilisdilli tədris var. Burada  təbii ki, müəllimlərin ingilis dili bacarıqları çox böyük əhəmiyyət kesb edir. Amma, bununla yanaşı tələbələrin də dil bilikləri olmalıdır  ki, tədris prosesi keyfiyyətli alınsın".

 

Mütəxəssisizin  fikrincə,   ali təhsil müəssislərindəki  ingilis dili bölmələrində ən vacib məqam müəllimlərin öz ixtisasını ingilis dilində tədris edəcək qədər bilməsidir:

 

"Azərbaycanda bir çox universitetdə  ingilisdilli tədris prosesi var. İlkin  olaraq tələbənin ingilis dili səviyyəsi normal olmalıdır. Bundan sonra yalnız dərs prosesi keyfiyyətli ola bilər.  Bundan daha vacib isə müəllimin öz ixtisasını ingilis dilində tədris edəcək qədər yetərincə bilməsidir. Ümumi olaraq, əziyyət onu göstərir ki, ingilis dilində təhsil alanlar, həmin dildə tədrisi daha yaxşı keçirlər".

 

"Bütün günahı müəllimlərin  üzərinə atmaq olmaz"

 

"Əgər müəllim  təhsil  səviyyəsinin heç olmasa birini ingilis dilində almayıbsa, o bu dildə tədris zamanı müəyyən problemlərlə qarşılaşacaq. İngilis dili bölmələrindəki bütün çatışmamazlığı  müəllimlərin üzərinə atmaq düzgün deyil, bəzən müəllim  tələbənin dil səviyyəsinə uyğun olaraqa danışır.

 

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ingilis dilində dəqiq elmlərdə  tədris daha rahatdır. Ona görə də hüquq  və bənzəri ixtisaslar bir çox  ölkədə tədris yerli dildə aparılır. İctimai elmlərdə isə tədrisin müxtəlif dillərdə aparılması arzu ediləndir".

 

Mütəxəssisin fikrincə  tələbə ixtisasını ən yaxşı  başa düşdüyü dildə öyrənməlidir.

 

 "Tədrisin niyə  ingilis dilində aparılmasının səbəbi açıqlanmalıdır. İngilis dili elm və texnologiya dilidir.  Yeniliklərə  daha əlçatandır.  Dünyada elmi tətqiqatların demək olar ki,70 faizi bu dildə aparılır. Tələbənin  eyni zamanda  ixtisas bilikləridə əhəmiyyətlidir. Tələbə ixtisasını ən yaxşı  başa düşdüyü dildə öyrənməlidir. Bunun yanaşı  dil bacarıqlarını inkişaf etdirməlidir.

 

 Bu sahədə mütəxəssislər  müəyyən azlıq hiss olunur amma,  düşünmürəm ki,  bu ciddi problemdir . İngilis dilində  təhsilini başa vurmuş  kifayət qədər mütəxəssizlərimiz  var.  Düzdür, onlar əsasən  bizness qruplarında çalışmağı seçir, amma, universitetlərin  cəlbediciliyi  gələcəkdə onların  tədris prosesində  iştirakına zəmin yaradacaq"-deyə Elçin Süleymanov bildirib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları