Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-07 13:10:00
Emin Əmrullayev: “Zəif müəllim müasir tələblərə cavab verən şagird hazırlaya bilməz”

 

“Azyaşlı şagirdlər səslərini çıxara bilmir, çünki sosial mediadan istifadə edə bilmirlər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir zəif müəllimin müasir dövrün tələblərinə cavab verən şagird hazırlaya bilməyəcəyini söyləyib:

 

“4-5 saat dərsi olan müəllimlər də öz üzərində çalışmalıdır, biz elə şərait yarada bilmərik ki, müəllim həftənin bir günü işləsin bir günü işləməsin”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları