Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 16:00:00
Bakıda bəzi təhsil müəssisələrinin cari təmirinə 2 milyon manat xərclənəcək  

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakının bəzi təhsil müəssisələrində cari təmir işlərinin aparııması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

 

AzEdu.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Mühəndislik Tikinti Təchizat" MMC-dir.

 

Qalib şirkətə 2 milyon 208,3 min manat ödəniləcək.