Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-27 17:39:00
Şagirdlərin elektron yerdəyişməsi davam edir

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.


AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.


Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.


Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən, X siniflər üçün isə avqustun 15-dən 11:00-dan aktivləşdirilib.