Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 18:00:00
Şagirdlərin elektron yerdəyişməsi davam edir  

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.

 

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.

 

Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

 

İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

 

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

 

3. 132-134 nömrəli Təhsil Kompleksi;

 

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

 

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

 

6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;

 

7. “Zəngi” liseyi;

 

8. Bakı Avropa Liseyi;

 

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

 

10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

 

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

 

Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən, X siniflər üçün isə avqustun 15-dən 11:00-dan aktivləşdirilib.