Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 13:34:00
“Abituriyentlərin təxminən 90%-nin ixtisas seçimində fikri soruşulmur”-MÜTƏXƏSSİS

 

“İxtisas seçimi yaralı bir məsələdir və burada psixoloji amillər çox vacib faktordur. Bizdə gələcək peşələr, onların lazımlığı məsələsi normaldan daha artıq qabardılır”.

 

Bunu UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, ali təhsil üzrə mütəxəssis Xətai Alıyev AzEdu.az-a açıqlamasında qeyd edib.

 

Mütəxəssis ixtisas seçiminin abituriyentin taleyinin həlledici məqamı kimi dəyərləndirilməsinin doğru olmadığını söyləyib:

 

“İnsan dinamikdir, peşəsini dəyişə bilər. Əsas odur ki. Nə istədiyini bilsin, dəyişimə hazır olacaq psixologiyada olsun. İxtisas seçimi zamanı abituriyentlərimizə sanki bu onların talelərini həll edirmiş kimi yanaşılır. Birinci məsələ budur, ixtisas seçimi mərhələsində onlara belə bir məsuliyyətin yüklənməsi doğru deyil. Abituriyent qəbul olduqdan sonra həmin ixtisasın ona uyğun olmadığını görərsə, başqa istiqamətə yönələ bilər, bu normaldır”.

 

Müəllimlərin gizli bəlası-Dərs yükü onları necə məhv edir? - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

 

O, proses zamanı abituriyentin fikrinin soruşulmadığını vurğulayaraq, bu istiqamətdə mütəxəssislərlə məsləhətləşmələrin aparılmasının daha doğru olacağını nəzərə çatdırıb:

 

“Demək olar ki, 90 faiz abituriyentlərin ixtisas seçimi zamanı fikri soruşulmur. Bəzən heç onlarla bu istiqamətdə müzakirə belə təşkil edilmir. Valideynlər ümumi prestijə, giriş balına nəzər salırlar. Buna uyğun olaraq müəllim, valideyn, yaxud da prosesi ödənişlə həyata keçirən bir şəxs tələbənin fikrini soruşmadan ixtisas seçimi edir. Yaxşı olar ki, seçimlərdən öncə abituriyent bir mütəxəssisə müraciət etsin və onunla məsləhətləşmələr aparsın ki, hansı ixtisaslar özünə uyğundur. Amma ixtisas seçimi ehtmək üçün deyil, sadəcə məsləhət üçün müraciət edilsin. Mütəxəssis tələbələ ilə müzakirə zamanı onun bacarıqlarını müəyyən edərək buna uyğun istiqamətlərə yönləndirə bilər”.

 

“Gələcəkdə hansı ixtisasların lazım olacağı ilə bağlı konkret siyahı vermək mümkün deyil. Onu da qeyd edim ki, diplom ciddi bir məhdudiyyət deyil. İnsanlar daha sonra əlavə təhsil vasitəsilə öz peşələrini dəyişib, inkişaf etdirə, həmçinin yeni bilik və bacarıqlar əldə edə bilərlər. Sonradan ixtisas dəyişən və karyerasında uğurlu olan bir çox insan var”-deyə, mütəxəssis bildirib.