Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 09:27:00
“Sertifikasiyada hər yüksək bal toplayanı direktor təyin etmək doğru olmaz”-Mütəxəssis

 

“Məktəb direktorları istedadlı və əxlaqlı müəllimlər sırasından seçilməlidirlər”.

 

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məktəb direktorlarının təyinatı mövzusuna toxunub.

 

Nazir gələcəkdə məktəb direktoru seçiminin setifikasiya prosesilə əlaqələndirilməsinin düşünüldüyünü bildirib: “Məktəb müəllimlərin setifikatlaşdırma müsabiqəsində yüksək nəticə göstərən isdedadlı müəllimlərimizin arasından təyin etməliyik”.

 

Bəs, direktorların təyinat sistemində hansı dəyişikliklər olmalıdır?

 

Təhsil eksperti Nabatəli Qulamoğlu mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında  məktəblərdə kifayət qədər savadlı, lakin idarəçilik qabiliyyəti zəif direktorların olduğunu söyləyib:

 

“Mövzu ilə bağlı birmənalı şəkildə fikir irəli sürmək çətindir. Məktəblərdə kifayət qədər savadlı, lakin təşkilatçılıq qabiliyyəti zəif müəllimlər var. Elələri var ki, təşkilatçılıq qabiliyyətinin olmasına baxmayaraq idarəçilik bacarıqları yoxdur”.

 

Ekspert məktəb direktorlarının hazırkı təyinat prosesinə də diqqət çəkib.

 

“Direktor təyinatı iki mərhələ üzrə aparılır. Öncə direktor olmaq istəyən şəxslər üçün imtahan prosesi həyata keçirilir, daha sonra imtahan prosesini uğurla başa vuranlar arasında müsahibə aparılır. Azərbaycanın dövlətçilik və ideyasını dəstəkləyən şəxs məktəb direktoru təyin olunmalıdır”.

 

Savadı və idarəçilik qabiliyyəti yüksək olan məktəb direktorları ucqar kənd məktəblərində fəaliyyət göstərsə də, şəhər məktəblərinə təyin olunmasının qarşısı alınır:

 

“Elm və təhsil naziri Emin Əmrullayevin toxunduğu setifikasiya ilə əlaqələndirmə mümkün ola biləcək bir məsələdir. Amma sertifikasiyada yüksək nəticə göstərən hər bir müəllimin məktəb direktoru təyin olunması doğru addım hesab olunmaz. Yüksək biliyə, geniş dünyagörüşə sahib olmaq məktəb direktoru üçün vacib parametrlərdən biridir. İkinci bir parametr olaraq məktəb direktorunun təşkilatçılıq bacarığı olmalıdır”.

 

“Ən başlıca parametr məktəb direktorları yüksək əxlaqı olan müəllimlər sırasından seçilməlidir”- deyə, o bildirib.