Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 10:37:00
Uşağınız imtahanda uğursuz nəticə göstəribsə...

İmtahanlarda uğursuzluq təkcə şagird üçün deyil, həm də onların valideynləri üçün çətindir.

Azedu.az saytı psixoloqların belə vəziyyətdə valideynlərə məsləhətlərini təqdim edir. Bu məsləhətlər sizə davranış strategiyasını necə qurmaq və uşağı çətin dövrdən ciddi ziyan çəkmədən çıxarmağa kömək edəcək.


“Şər deməsən xeyir gəlməz”

Uşağınızın uğursuz nəticə göstərə biləcəyinə qabaqcadan hazır olun. Bu heç də hər zaman uşaqların savadsızlığına dəlalət etmir. İmtahanda uğursuz nəticələrin yarısının texniki səbəblər üzündən baş verdiyini unutmayın.

Uşağı danlamayın

Bu, onun üçün arxadan bir bıçaq zərbəsi ola bilər. Özünüzü uşağı yerinə qoyun.Təsəvvür edin ki, evdə baş verən problemlərə və uğursuzluqlara görə sizi danlasaydılar, özünüzü necə hiss edərdiniz? Şübhəsiz ki, belə bir evdən uzaq durmağa çalışardınız. Uğursuzluğa görə danlanan uşaqlar da məhz bunu edəcəklər. Onların evdən qaçmasına səbəb verməyin.

Öz duyğularınızla uşaqları cəzalandırmayın

Duyğularınızı, neqativ hisslərinizi uşağın üzərinə atmayın. Onun düşdüyü psixoloji vəziyyət, həyacanı, daxili hissləri kifayət edər. Məyusluğunuz, qəzəbiniz, ədalətsizlik hisslərinin aradan qaldırılmasında dostlarınız, tərəfdaşlarınız və nəhayət psixoloqlar sizə kömək edə bilər.

Uğursuzluğun dünyanın sonu olmadığını dərk edin

Uğursuz nəticələr gələcəklə bağlı mənzərəmizi dəyişən hadisələrdən biridir. Belə hadisələrə işdən qovulma, yaxınlarınızla ayrılma, sosial sarsıntılar da daxildir.

Planlardakı hər hansı dəyişiklik bizim həyatla bağlı çevikliyimiz üçün bir çağırışdır və bu, bizdən yaxşı əhval-ruhiyyəni itirmədən toparlanmağı, yeni həyat strategiyası qurmağı tələb edir. Bəli, belə bir təcrübə olmasaydı, daha yaxşı olardı, amma valideynlər böhran yarandıqda öz davranışlarını nümunə göstərməlidirlər.

Gələcəyə diqqət yetirin

Belə hallarda "davam etmək" parametri əla işləyir. Yeniyetmənin diqqətini boş vaxtlarında nə edəcəyinə yönəldin. Seçdiyi ixtisas üzrə işləsin, qısamüddətli kurslara getsin - bütün bunlar gələcəyə yaxşı investisiya ola bilər.

Ən yaxşı taktika fasilə vermək deyil, növbəti cəhdə qədər bir il gözləməkdir. Paralel olaraq təkrar qəbula hazırlaşmağı da bir an belə unutmasın. Bu taktika keçmiş uğursuzluğu təhlil edir və uğura istiqamətləndirir.

Hisslərinizi zorla tətbiq etməyin

Hər bir yeniyetmə uğursuzluqla öz yolu ilə mübarizə aparacaq. Biri özünü ittiham edəcək, kimsə kədərlənəcək, kimsə başqalarını günahlandıracaq, kimsə heç nə olmamış kimi əylənəcək.

Etməli olduğunuz tək şey dialoq üçün hazır olmaqdır. Yalnız planlar haqqında deyil, həm də onun təcrübələri haqqında danışmağa hazır olduğunuzu göstərin.

Yeniyetmələrin müxtəlif problemləri ola bilər və sizin münasibətiniz bu problemlərin həlli üçün ən yaxşı fürsətdir. Ani problemlərin həlli naminə böyük ideaları qurban verə bilməzsiniz.