Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-24 14:50:00
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək  

Məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq. Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaqdır. Nəticədə, məktəbəqədər təhsilə cəlb edilmiş 1‒5 yaşlıların payı 50 faizə çatdırılacaq.

 

Bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.