Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 12:29:36
Nazirlik: “Bağçalar çatışmır, yeniləri açılmalıdır”

“Bu günə qədər apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bölgələrdə bir çox bağçaların ciddi təmirə ehtiyacı var”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

 

O bildirib ki, hətta bir sıra bölgələrdə bağçanın açılmasına ehtiyac var və bu istiqamətdə işlər aparılır.

 

E.Əliyev vurğulayıb ki, bu günə qədər bağçaların çox vaxt qayğı mərkəzi kimi başa düşüblər: "Hansı ki valideyni çalışan uşaqlar burada qayğı ilə əhatə olunur. Bütün elmi araşdırmalar isə göstərir ki, bağçalar öyrənmə yeri olmalıdır. Bundan başqa, bağça tərbiyəçilərinin ciddi təlimlərə ehtiyacı olduğu da bəllidir. Resurs çatışmazlığı səbəbindən uşaqların inkişafı ilə bağlı problemlər var".