Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 17:19:00
14 000-dən çox valideyn bağçalara qeydiyyatdan keçib

Son üç gün ərzində məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) üzərindən 14 417  valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 12 322 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.


AzEdu.az xəbər verir ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə iyulun 18-dən etibarən  start verilib. 


Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə  regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci il tarixindən etibarən başlanılır. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar  üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.