Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 16:39:00
AzTU ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

AzEdu.az xəbər verir ki, müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və  Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Aleksandr Dyakonov imzalayıb.

 

Sənədə əsasən, hər iki ali məktəb birgə elmi-tədqiqat işlərinin aparılması, innovativ texnologiyaların tətbiqi, həmçinin birgə təhsil layihələrində iştirakla bağlı əməkdaşlıq edəcəklər.