Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 14:02:00
BMU məzunu elmi fəaliyyətini Kentukki Universitetində davam etdirəcək  

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu - İsfəndiyar Eminli nüfuzlu ali təhsil ocağından tam təqaüdlü qəbul təkilifi alıb.

 

AzEdu.az xəbər verir ki, İ.Eminli ABŞ-ın Kentukki Universitetinə (University of Kentucky) doktorantura təhsili üçün tam təqaüdlü (illik 62 min ABŞ dolları) qəbul təklifini müsbət qiymətləndirib. Kentukki Universitetində təhsilini davam etdirəcək BMU məzunu, eyni zamanda universitetdə ilk tədris ilində müəllim köməkçisi, sonrakı illərdə isə elmi işçi kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, İ.Eminli BMU-nun Kimya mühəndisliyi kafedrasının Əsas üzvi sintezin kimyası və texnologiyası magistratura ixtisasını 2022-ci ildə başa vurub.