Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 18:00:00
Özbəkistanda magistratura təhsili almaq üçün qeydiyyat davam edir  

Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün elan edilən təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, təqaüd proqramına müraciət üçün son gün iyulun 10-u nəzərdə tutulub.

 

Təqaüd proqramı magistratura təhsil səviyyəsi üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

 

Proqram barədə ətraf Təhsil Nazirliyinin saytında yerləşdirilib.