Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 16:20:00
Qadın sığınacağında məskunlaşan tələbənin təhsil haqqı problemi həll olundu

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin qadın sığınacağında yaşayan və tələbə adını qazanan Dalida Usovanın təhsil haqqı problemi öz həllini tapıb.  

Bu barədə Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova AzEdu.az-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Dalidanın daxil olduğu fakültənin 2 illik təhsil haqqı məbləği artıq ödənilib:

“Hər biriniz çox sağolun ki, ona belə qayğı göstərdiniz. Üstəlik, səhər saatlarında Milli Məclisdən zəng gəldi və onlar yerdə qalan 2 ilin ödənişinin edilməsində dəstək göstərəcəklərini bildirdilər.Bu bizim üçün çox xoş xəbər oldu”.

Xatırladaq ki, Dalida Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət fakültəsinə ödənişli əsaslarla daxil olub. Sığınacaqda 2 ildir, yaşayır. Onun 18 yaşı 1 aydan sonra tamam olacaq

Usovanın anası hazırda həbsxanadadır. Atasının isə harda olduğu bilinmir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları