Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 16:43:00
UNEC-də yenilik: "İnformasiya təhlükəsizliyi" ixtisası ingilis dilində

UNEC-də bu ildən bakalavr səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasına azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də qəbul aparılacaq.

 

AzEdu.az xəbər verir ki, tələbələr UNEC-in yeni tədris binasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.

 

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.