Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 14:53:00
BMU-nun məzunu Fəxri Fərmanla təltif olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ali təhsil ocağının Memarlıq və inşaat  fakültəsinin 2021/2022-ci tədris ilinin məzunu Daşdəmir Bayramovu Fəxri Fərmanla təltif edib.

 

AzEdu.az xəbər verir ki, Fəxri Fərmanı və xatirə hədiyyəsini tədqim edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə D.Bayramovun təhsil aldığı müddətdə universitetin sosial-ictimai həyatında yaxından iştirak etdiyini və ali təhsil ocağının fəaliyyətinin sosial şəbəkələrdə geniş təbliğində xüsusi fəallığı ilə seçildiyini bildirib. BMU rəhbərliyi və kollektivi adından məzunumuzu təbrik edən prorektor ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

 

D.Bayramov onun fəaliyyətinə verilən yüksək dəyərə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib. Sözügedən fakültənin Memarlıq ixtisasının məzunu olan D.Bayramov magisrt təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu nəzərə çatdırıb.