Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 10:15:00
UNEC-də Rəqəmsal Marketinq üzrə növbəti sertifikatlı kurslara başlanıldı

Ömürboyu Təhsil Mərkəzində Rəqəmsal Marketinq üzrə növbəti sertifikatlı kurslara start verildi.

 

AzEdu.az xəbər verir ki, 3 aylıq tədris proqramına əsasən, iştirakçılara əmək bazarının tələbinə uyğun praktiki biliklərə yer veriləcək. Keçiriləcək SEO, SEM, SMM, email marketinqi, affiliate marketinq və influencer marketinqi modullarının hər biri bu sahələr üzrə ixtisaslaşmış 5 fərqli ekspert tərəfindən tədris olunacaq.

 

“Elseo.az”ın təsisçisi və direktoru Elşən Cəfərov, “Kontakt Home”un, Rəqəmsal marketinq şöbəsinin rəhbəri Anar Heravasov, “EFOR Strategic Agency”nin Rəqəmsal marketinq şöbəsinin rəhbəri Vüqar Bəykişiyev, “A-Zone Agency”nin təsisçisi və direktoru Aliyə Cəlil və Kapital Bankın, rəqəmsal marketinq üzrə meneceri Kamran Babaşovun keçəcəyi kursun yekununda “workshop”lar təşkil olunacaq.

 

Rəqəmsal Marketinq kursunu uğurla bitirən iştirakçılar UNEC-in sertifikatını qazanacaqlar.

 

Kursdan məzun olan 20 iştirakçıya dəstək məqsədilə UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən 2 ay ərzində mentorluq xidməti də təqdim olunacaq.