Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 14:05:00
“Son zəng” zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır-İctimai Şura sədri

 

 

 

“Bu gün bir çox  məktəblərdə təhlükəsizliyə nəzarəti polislər həyata keçirirdi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

 

O, “Son zəng” zamanı hansı qaydalara əməl olunmasından söz açıb:

 

“Təhsil Nazirliyi “Son zəng”lə bağlı  tədbirlər planı hazırlayıb. Onun keçirilməsi müəllim və şagirdlərin dərsdənkənar məşğuliyyətlərindən aslıdır. Həmin fəaliyyətlər dərs prosesinə  mane olmamalıdır.

 

Məzuniyyət yalnız XI siniflərlə bağlı olmur, həmçinin, I və IV siniflər də “Son zəng” həyata keçirirlər. XI siniflər  təhsilin növbəti pilləsinə hazırlaşırlar. Buna görə də onlar daha çox qəbul prosesinə fikir verir və fokslanırlar. Lakin son illərdə  qəbul imtahanından sonra “Son zəng” təşkil olunur.

 

Bu gün olduğum 83 nömrəli məktəb Binəqədi ərazisində çox fəal və fərqli təhsil müəssisəsidir. Bura həm qəbul, həm də təhsilin keyfiyyəti ilə çox fərqlənir. Bakı ərazisində belə məktəblər çoxdur. İstərdim ki, regionlar və Bakı eyni səviyyədə olsun. Arzulayardım ki, “Son zəng” uşaqlar üçün çox yaddaqalan olsun. Çünki insan həyatında bir neçə önəmli an olur, “Son zəng”də onlardan biridir. Mən təhsil aldığım məktəbdə “Son zəng” çox süni şəkildə keçirilib. Hər dəfə belə tədbirlərə baxdıqda mənim də gözüm axtarır ki, kaş məndə də bu formada olardı”.

 

Sədr qeyd edib ki, təhlükəsizlik məsələsi olduqca vacibdir:

 

“Avtomobil qəzaları ilə bağlı son zamanlar baş verən hadisələr bizi dərində kədərləndirdi. Bütün bu tədbirlər həyata keçirilərkən ən önəmli məqamlardan biri də  təhlükəsizlik qaydalarına riayət olunmasıdır. Uşaqlar bu kimi tədbirləri təhlükəsiz şəkildə  başa vurması çox önəmlidir. Onların sağlamlığına hansısa ziyan dəymədən “Son zəng”in tətbiqi çox vacibdir.

 

Bu gün əksər məktəblərdə polislər ətrafda dayanmışdı. Onlar nəzarət mexanizmlərini həyata keçirirdilər ki, heç bir neqativ hal baş verməsin. Çünki həssas məqamlar ola bilər, təhlükəsizlik məsələsi əsas yer tutmalıdır. Hətta dərsdənkənar olan fəaliyyətlər   misal olaraq, ekskursiyalar valideynlərin təşəbbüsü ilə olsa belə,  təhlükəsizliyə əməl etmək əsas şərt olmalıdır. Əslində bunu daha çox valideynlər istəməlidir, çünki onların övladları üçün hansısa təhlükə yarana bilər. Təhsil müəssisələri qaydalara riayət edən formada işləyir,  burada hansısa hadisənin baş vermə ehtimalı çox azdır. Dünyada  bu qəbildən olan belə hadisələr baş verib. Biz istəmərik ki, bu kimi hadisələr baş versin. Amma sitatistik  baxımdan düşünsək,   Azərbaycanda belə proseslər çox az baş verib. Mənim əsas prioritet düşüncəm odur ki, İctimai Şura sədri olaraq ki,  uşaqların təhlükəsizliyi əsas məsələlərdən biridir. Bu istənilən halda öz həllini tapmalıdır. Son  zəng görüntüləri çox xoş və əhəmiyyətlidir. Lakin əsas olan odur ki, yaxşı vətəndaş kimi yetişsinlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları