Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 12:33:00
 Misir Mərdanovun “Son zəng” arzusu: “Müəllimlərin sosial vəziyyəti yaxşılaşsın”

 

 

“Bu gün sosial şəbəkələrdə məktəblərin “Son zəng”ə necə hazırlaşdığını izlədim, bu, məni çox duyğulandırdı. Fürsətdən istifadə edərək, bütün müəllim, şagird, valideyn və məzun kollektivini ürəkdən təbrik edir, onlara uğurlar diləyirəm. Arzu edirəm ki, təhsilimiz  daha da yüksək səviyyədə inkişaf etsin, millətimizə xeyir verəcək uğurlar əldə edilsin”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.

 

O, “Son zəng”lə bağlı təəssüratlarını bölüşüb:

 

“Nazir olduğum müddətdə “Son zəng”lə bağlı çox əziz xatirələr yaddaşımdan silinmir. Bu gün sosial şəbəkələrdə məktəblərin “Son zəng”ə necə hazırlaşdığını izlədim, bu, məni çox duyğulandırdı. Fürsətdən istifadə edərək, bütün müəllim, şagird, valideyn və məzun kollektivini ürəkdən təbrik edir və onlara uğurlar diləyirəm. Arzu edirəm ki, təhsilimiz  daha da yüksək səviyyədə inkişaf etsin, millətimizə xeyir verəcək uğurlar əldə edilsin. İstəyərdim ki, təhsil  sisteminin əməkdaşları onun nüfuzunun qaldırılması istiqamətində öz töhfələrini əsirgəməsinlər, çünki  təhsili olmayan millətin  gələcəyi yoxdur. Əminəm ki, Azərbaycan təhsili  inkişaf edir və etməkdə də davam edəcək. Yaxın illərdə biz daha böyük uğurlara imza ata biləcəyik”.

 

O, uşaqlıq illərinə qayıdaraq məzun gününü xatırlayır:

 

“Mən oxuduğum zaman “Son zəng” deyə bir anlayış yox idi. Özüm kənd məktəbində təhsil alırdım və həmin zamanlar məzun günü çox dəbdə deyildi. Bütün vaxtımızı oxumaq və məktəbə həsr edirdik”.

 

Misir Mərdanov “Son zəng”lə bağlı arzu və diləklərini çatdırıb:

 

“Son zəng”də müəllim, valideyn və şagirdlərin sevincli günlərini görmək istəyirəm. Arzu edərdim ki, müəllimlərin sosial vəziyyəti yaxşılaşsın. Məktəblərimiz daha yüksək dinamikada inkişaf etsin, texnoloji avadanlıqlarla təhciz edilsin. Təhsil və tərbiyənin  ən yüksək pillədə olması arzuolunandır. Çünki millətimizin səviyyəsi təhsillə ölçülür”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları