Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 16:00:00
ADNSU əməkdaşları beynəlxalq layihənin müzakirəsində iştirak ediblər

Mayın 17-18-də Avstriyanın Linz şəhərində “Johannes Kepler” Universitetinin Enerji İnstitutu tərəfindən  “HORİZON 2022” proqramı çərçivəsində hazırlanan “CAMPAİGNers” beynəlxalq layihəsinin iclası kecirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin (İMF) dekanı, dosent İlham Rüstəmov və UFAZ-ın əməkdaşı Şamil Qudavasov iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, görüşdə layihə çərçivəsində  aparılan elmi-tədqiqat işlərinin əldə olunmuş ilkin nəticələri və növbəti illər üzrə planlaşdırılan layihələr tərəfdaş qurumların təmsilçiləri ilə geniş müzakirə olunub.

 

Qeyd edək ki, layihənin məqsədi qlobal iqlim dəyişikliyinin insanlarda yaratdığı təsirlərin və bu istiqamətdə olan problemlərin həllinə töhvə verməkdir. Layihə çərçivəsində insanların həyat tərzindəki dəyişikliklərin elmi-tədqiqat üsulları, təhlillər vasitəsilə aydınlaşdırılması nəzərdə tutulur.