Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-24 10:29:00
Bu abituriyentlər 600-dən çox bal toplasalar da, bölgələrdəki universitet filialını seçdilər – SƏBƏB

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, son illər yüksək bal topladıqları halda müəllimlik ixtisasını seçən abituriyentlərin sayı çoxalıb.

Məsələnin digər müsbət tərəfi isə, həmin abituriyentlərin bölgələrdə olan pedaqoji yönümlü institut filiallarını seçmələridir. Yəni, artıq 500, hətta, 600  baldan çox nəticə göstərənlər, ADPU-nun müxtəlif bölgələrdəki filiallarını, eləcə də müxtəlif regionlardakı dövlət universitetlərini seçməkdən çəkinmirlər:

Belə gənclərdən bəziləri ADPU-nun Şəki filialını seçiblər. Universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimli AzEdu.az-a açıqlamasında  yüksək balla ADPU-nun Şəki filialını seçənlər haqqında məlumat verib:

“2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına 8 ixtisas üzrə 200 nəfər tələbə qəbulu planlaşdırılıb. Ayrılan plan yerləri tam dolub. Hazırda filialda birinci tədris ilinə qəbul olunan tələbələrin qeydiyyatı davam edir. Fərəhləndirici haldır ki, filiala qəbul olunan tələbələr arasında 500-dən çox bal toplayanların sayı ilbəil çoxalır”.

Cari ildə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq filialın tələbəsi adını qazanan gəncləri sizə təqdim edirik:

Nəzrin Elşən qızı Hümbətli - 2001-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 616 bal toplayaraq ADPU-nun Şəki Filialının Filologiya fakültəsinin “Xarici dil müəllimliyi – ingilis dili” ixtisasına qəbul olunub.

Yeganə Vidadi qızı Əliyeva -2001-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olub. 2007-2018-ci illərdə Baltalı kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 604 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.

Jalə Tahir qızı Məmmədova – 2001-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhərindəki Fizika,riyaziyyat və humanitar təmayüllü liseydə təhsil alıb. 2018-2019-cu tədris ilində 589 bal toplayaraq ADPU-nun Şəki Filialının Filologiya fakültəsinin “Xarici dil müəllimliyi – ingilis dili” ixtisasına qəbul olunub.

Gültəkin Tərlan qızı Xəmmədova -2000-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 564 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olunub.

Aytac Elnur qızı İsayeva – 2001-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 540 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.

Səadət Məhyəddin qızı Məhərrəmli -2001-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 535 bal toplayaraq ADPU-nun Şəki Filialının Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunub.

Rəhimə Firuz qızı Hüseynova – 2001-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 535 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.

İlahə Akif qızı Abdulxalıqova – 2000-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 532 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.

Məhbubə Munis qızı İbrahimli -2001-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 2007-2018-ci illərdə Hacıbədəlli kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 520 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.

Gülnar Natiq qızı Yusifova - 2001-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 2007-2018-ci ildə Qoxmuq kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 514 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.

Nərmin Sadiq qızı Əhmədli – 2000-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 510 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub.

Məryəm Rəhim qızı İslamova - 2001-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 2007-2018-ci illərdə Kiş kənd 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 509 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.

Nurayə Nurullah qızı Rəsulova -2001-ci ildə Şəki rayonunun Cunud kəndində anadan olub. 2007-2018-ci illərdə Cunud kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 506 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.

Ülkər Mehman qızı Əhmədova – 2001-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 506 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.

Sevinc Aqil qızı Dəmirova – 2001-ci ildə Şəki şəhərində anadan olub. 2007-2018-ci illərdə Şəki şəhər 18 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 504 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olunub.

Səma Rövşən qızı Tacəddinli -2001-ci ildə Şəki rayonunun Oraban kəndində anadan olub. 2007-2018-ci ildə Oraban kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 501 bal toplayaraq ADPU-nun Şəki Filialının Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunub.