Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-26 10:15:00
Yeməkxana müdiri özbaşnalıq edib, rektorluğa çağırılıb-Universitetdən etirazlara  AÇIQLAMA  

 

 

Sosial şəbəkələrdə Xəzər Universitetinin yeməkxanasının qarşısında asılan elan insanlar tərəfindən birmənalı qarşılanmayıb.

 

 

Həmin elanda tələbələrə evdən yemək gətirmək qadağan olunur, belə bir hal baş verdikdə isə onlara töhmət veriləcəyi deyilir.

 

 

AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli məsələnin təfərrüatları barədə məlumat verib:

 

 

“Bu gün səhər saatlarında həmin elanlar universitetdən götürülüb, onlar yırtılıb-atılıb. Bu yazılar  qanunsuz xarakter daşıyır, heç bir ali təhsil müəssisəsinin qanununa uymur. Bunu yeməkxana müdiri özü edib ki, oraya daxil olan heç kim evdən yemək gətirməsin. Lakin universitet tərəfindən belə bir rəsmi qərar verilməyib. Hazırda baş verən hadisə ilə bağlı tədbirlər görülür.  Yeməkxana müdiri rektorluğa daxil olub, ona ciddi xəbərdarlıq edilib”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları