https://modern.az/ http://www.position.az/
2022-04-26 12:26:00
Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahibələrinə başlanılıb  

Aprelin 26-dan etibarən dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahibələrinə başlanılıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müddətsiz müqavilə əsasında çalışmaq istəyən namizədlərin apellyasiya müsahibələri aprelin 26-27-də keçiriləcək. Onlayn təşkil olunan müsahibələrdə iştirak edən namizədlərin müvafiq komissiya tərəfindən peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.