Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 15:54:00
Rusiyada müharibəyə qarşı çıxan tələbələr ölkədən QOVULUR

 

Rusiya universitetlərin təhsil alan və Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan tələbələrin ölkədən qovulduqları bildirilir.

 

Rusiya universitetlərin xarici ali təhsil müəssisələrilə əlaqələri kəsildiyi üçün tənqidi düşüncədə olan tələbələrin sıxışdırılması haqqında məlumatlar yayılır.

 

AzEdu.az xəbər verir ki, martın 9-da Rusiya Daxili İşlər Nazirliyinin Sank-Peterburq Dövlət Universitetinə müharibə əleyhinə etiraz aksiyalarında iştirak edən 13 tələbəni ölkədən çıxarmaq əmri verdiyi bildirilir.

 

Müxalif siyasətçi Aleksey Navalnının yaratdığı Moskvada yerləşən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vladimir Aşurkov, rəsmi rəqəmlər olmasa da, yüzlərlə tələbənin müharibəyə qarşı çıxdıqlarına görə qovulduğunu təxmin edir. O, tələbələri qovmayan bəzi universitetlərin onları sıxışdırdığını və açıq-aşkar təhdid etdiyini, bununla bağlı son həftələrdə çox sayda şikayətlərin olduğunu qeyd edib.

 

Bununla yanaşı bir tələbə qıza Ukrayna soyadını dəyişmək üçün tez bir zamanda evlənməyin tövsiyə olduğu bildirilib.

 

Həmçinin, Moskvadakı Ali İqtisadiyyat Məktəbinin (HSE) professoru Dmitri Dubrovski deyib ki, bir çox Rusiya universitetləri sosial mediada müharibə əleyhinə paylaşım edən tələbələri müəyyən etmək və onlara anti-vətənpərvər yazıları sildirmək məqsədilə təzyiq etmək üçün axtarışlar aparır.

 

Professor Dubrovski onu da qeyd edib ki, universitetlər getdikcə daha çox “fövqəladə tədbirlər” görür – tələbələrlə xəbərdarlıq danışıqlarından “birbaşa təhdidlərə” keçərək cavab verirlər.