Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-07 11:40:00
Ukraynadan təxliyə olunan azərbaycanlı tələbələrin aqibəti necə olacaq?-Ekspertdən TƏKLİF

 

Hazırda Ukraynada davam edən müharibə səbəbilə Azərbaycana təxliyə olunan vətəndaşlar arasında çox sayda tələbələrə var. Ukrayna təhsil üçün azərbaycanlıların ən çox üz tutduğu ölkələr arasında ön sıralardadır.

 

Müharibənin necə bitəcəyi, bu tələbələrin təhsillərini tamamlama imkanının mümkün olub-olmayacağı isə hazırki vəziyyəti nəzərə alaraq sual altındadır.

 

Bəs ölkəmizə təxliyə olunan tələbərə Azərbaycanda nə kimi təhsil imkanları yaradıla, hansı güzəştlər edilə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov iki istiqamətdə təbir görülə biləcəyini qeyd edib:

 

“Türkiyədən sonra çox sayda azərbaycanlının təhsil aldığı ölkələrin başında Ukrayna gəlir. Tələbələrin köçürülməsi prosesinə diqqət etsək xarici ölkələrdən müraciət edənlərin əksəriyyəti Ukranyadan idi. Bu il fevral ayında transfer.edu.az portalı aktivləşdirilmədi, ancaq avqustda köçürülməyə start veriləcək. Hansı tələbələr ki, orada dövlət universitetlərində təhsil alırlar, qaydalara uyğun olaraq qəbul olmuşdular, düşünürəm ki, həmin şəxslər üçün Azərbaycan universitetlərinə köçürülmədə ciddi bir problem yaranmayacaq.Ola bilsin ki, bu semestr kreditlərin köçürülməsi kimi nüanslarda müəyyən problem yaşansın, amma bir semestr tələbələr üçün ciddi bir itki olmaz. Çünki onlar keçirilməyən tədris proqramını  yay məktəbində tamamlaya bilərlər”.

 

 

“Sağlamlıq ən vacib amildir, təhsil daha sonra gəlir”

 

“Hazırda Ukraynada ali təhsil müəssisələri müharibə ilə əlaqədar fəaliyyətlərini dayandırıblar. Bu zaman universitetlərin hansı istiqamətdə qərar verməsi əhəmiyyətlidir. Şərait varsa,mümkündürsə, ola bilsin ki, bəzi universitetlər tədrisi onlayn davam etdirdilər. Amma Azərbaycan Hökuməti Ukraynadan təxliyə olunan tələbələrin arzu edəcəkləri təqdirdə, transfer.edu.az portalı vasitəsilə yerli ali təhsil müəssisələrinə köçürülmələrini təmin edə bilər. Yəni onlara müəyyən mənada öncəlik yaradıla, üstünlük verilə bilər”.

 

Ekspert bu istiqamədə atıla biləcək ikinci bir addım olduğunu bildirərək, seçimin tələbədən asılı ola biləcəyini qeyd edib:

 

“Eyni zamanda bu istiqamətdə başqa bir addım kimi hazırda ölkəyə qayıdan tələbələrə “müvəqqəti qonaq tələbə” statusu verilərək bizim universitetlərin dərslərində iştirakları təmin edilə bilər. Daha sonra isə Ukraynada vəziyyət normal hala qayıdan kimi burada  əldə edilən kreditlər onların təhsil aldıqları universitetlərdə tanıdıla bilər. Yəni burada vəziyyət tamamilə tələbələrdən asılı olacaq. Hazırki vəziyyət düzəldikdən sonra təhsil aldıqları ölkəyə geri qayıtmaq istəyə, yaxud orada hər şeyin gec yoluna düşəcəyini düşündükləri üçün yerli universitetlərə transfer olmağı seçə bilərlər. Təhsil Nazirliyi köçürülmə zamanı ailə və sağlamlıq vəziyyəti kimi mövzuları diqqətə alır”.

 

Son olaraq o,-“Düşünürəm ki, Ukraynada təhsil alan tələbələrin köçürülmə üçün müraciət edən zaman həmin ölkədə müharibə vəziyyətini səbəb kimi göstərmələri onların transferinə problem yaranmamasına şərait yaradacaq”-deyə qeyd edib.