Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 16:07:00
“MİQ-dəki yeniliklər təsadüfi yüksək nəticə göstərənlərin qarşısını alacaq”-Kurikulum təlimçisi

“MİQ-dəki yeniliklər təsadüfi yüksək nəticə göstərənlərin qarşısını alacaq”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında kurikulum təlimçisi Mahir Əhədov deyib.

 

Belə ki, bu ildən müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində bir sıra dəyişiklər edilib. İmtahan vaxtı 90 dəqiqədən 120-yə çıxarılıb və sualların cavablandırılması 100 ballıq şkala üzərindən qiymətləndiriləcək.

 

Mahir Əhədov bu yeniliklərlə bağlı öz fikirlərini ifadə edib:

 

“Təbii ki, istənilən sahədə yeniliklərin olması vacibdir. Təhsil kimi mürəkkəb və dinamik yerdə bu, qaçılmazdır.

 

Ümumilikdə götürdükdə, yeniliklərin müəllim namizədlərin xeyirinə olduğunu düşünürəm. Xüsusilə, imtahan vaxtının artırılmasını, ümumi nəticədə ixtisas balının nisbətinin çoxaldılmasını qeyd edə bilərik. Şübhəsiz ki, istənilən dəyişiklik hamı tərəfindən bir mənalı qarşılanmır. Onlar  arasında hər 4 səhv cavabın 1 doğrunu silməsi müəllim namizədləri ən çox məyus edən dəyişiklik kimi görünür. Amma düşünürəm ki, bu yenilik müəllim seçimində keyfiyyətliliyin artırmasına müsbət təsir edəcək. Çünki, namizədlər daha məsuliyyətli və hazırlıqlı olmağa çalışacaqlar. Bu, həm də təsadüfü yüksək nəticə göstərmələrin də qarşısını almış olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları