Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 09:27:00
MİQ-də əmək müqaviləsindən imtina verilərsə, namizəd nə etməlidir?- DƏQİQ İZAH

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz  olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

 

Qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsi bildirişinə görə imtina verilərsə, namizəd nə etməlidir?

 

Cavab: Əgər qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsinin müddətsiz olmasına görə imtina verilibsə, bu zaman ümumi təhsil müəssisəsinin direktoruna müraciət olunmalı, əmək müqaviləsinin elektron bildirişində müvafiq düzəliş edilməsi tələb olunmalıdır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları