Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 17:16:00
TN: Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibələri başa çatdı  

Müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş şəxslər üçün həyata keçirilən onlayn müsahibələr başa çatıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, dekabrın 14-dən 24-dək davam edən müsahibələrdə 2 min 209 namizəd iştirak etmək hüququ qazanıb. "Microsoft Teams" proqramı üzərindən onlayn formatda təşkil olunan müsahibələrdə ümumilikdə 2 min 196 namizəd iştirak edib. Hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılması nəzərdə tutulub.

 

Müsahibələrin nəticələri ilə bağlı məlumatlar tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.