Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 11:12:00
Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir-REKTOR

 

“Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib.

 

Rektor bu diplomun verilməsinin tələbələrdə yanlış motivasiya yaratdığını bildirib:

 

“Eləcə də, “qırmızı” diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir”.